RU

Zelenski ABŞ-a səfər edib: Tramp və Avropa liderləri ilə görüşəcək

Finss.az - Ukrayna Prezidenti Vaşinqtonda sabah keçiriləcək görüş öncəsi açıqlama verib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib. O, X platformasında bildirib ki, artıq Vaşinqtondadır və ABŞ Prezidenti Donald Tramp ilə görüşə hazırdır. Prezident qeyd edib ki, sabah Tramp və Avropa liderləri ilə baş tutacaq görüş davamlı sülhə nail olmağa dəstək olacaq:

“Ümid edirəm ki, Amerika ilə birgə gücümüz, Avropadakı dostlarımızla birgə Rusiyanı həqiqi sülhə məcbur edəcək!”

Zelenskinin ABŞ səfəri, Ukrayna və Qərb liderləri arasında diplomatik əlaqələrin gücləndirilməsi və regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir.

 

 

Избранный
111
3
fins.az

10Источники